26 iyul 2024 18:25
292

Sumqayıtda Nazirliyin 30 illik yubileyinə həsr olunmuş tədbir təşkil olunub

26 iyul 2024-cü il tarixində Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Sumqayıt Bulvarı ərazisində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yaradılmasının 30 illik yubileyinə həsr olunmuş tədbir təşkil olunub.

“İki sahil” xəbər verir ki, bu əlamətdar tarixi birgə qeyd etmək üçün müxtəlif idman növləri üzrə məşğul olan idmançılarla birlikdə “Sağlam Həyat” layihəsi çərçivəsində səhər gimnastikası təşkil olunub.

Məqsəd Gənclər və İdman Nazirliyinin yaradılmasının 30 illik yubileyinin qeyd edilməsi, şəhərdə fəaliyyət göstərən idman növlərinin təbliği və inkişafı, sağlam həyat tərzinə çağırış və asudə vaxtın səmərəli təşkilidir.