31 iyul 2024 18:15
675

Ən yüksək bal toplayanlar Bakı Ali Neft Məktəbini seçir - FOTO

Dövlət İmtahan Mərkəzinin (DİM) 2024/2025-ci tədris ili üzrə keçirdiyi qəbul imtahanlarında ən yüksək bal toplayan abituriyentlər SOCAR-ın Bakı Ali Neft Məktəbini (BANM) seçirlər.

“İki sahil” xəbər verir ki,  qəbul imtahanlarında ümumilikdə 697.5 bal toplayan Aytac Əliyeva BANM-in Kimya mühəndisliyi ixtisasında təhsil almaq istəyir. O, Bakı şəhər Humanitar fənnlər təmayüllü məktəb-liseyin fərqlənmə attestatlı məzunudur.

697 bal toplayan Rəbiyyə Əlizadənin də seçimi Bakı Ali Neft Məktəbidir. Rəbiyyə BANM-in İnformasiya təhlükəsizliyi ixtisasında təhsil almaq istədiyini bildirib. O, Bakı şəhəri T.Həsənov adına 57 nömrəli tam orta məktəbin fərqlənmə attestatlı məzunudur.

Blok imtahanından 400, ümumilikdə isə 694.6 bal toplayan Nihat Hüseynli isə Ali məktəbin Kimya mühəndisliyi ixtisasında təhsil almaq istədiyini deyib. O, Xətai rayonu Ə.Əliyev adına 204 saylı məktəbin fərqlənmə attestatlı məzunudur.

Eləcə də 694.5 bal toplayan Ayxan Salmanov BANM-in İnformasiya təhlükəsizliyi ixtisasını seçir. O, Şəki şəhəri Baş Zəyzid kənd tam orta məktəbin fərqlənmə attestatlı məzunudur.

I qrup üzrə maksimal (400 bal) nəticəni göstərən Rüfət Əsədov da artıq seçimini edib. Ümumilikdə 694 bal toplayan Rüfət BANM-in Kimya mühəndisliyi ixtisasında təhsil almağa qərar verib. O, Sumqayıt Təbiət Elmləri Təmayüllü Gimnaziyanın fərqlənmə attestatlı məzunudur.

694 bal toplayan daha bir abituriyent isə Pərviz Səmədlidir. Pərvizin də seçimi Bakı Ali Neft Məktəbininin Kimya mühəndisliyi ixtisasıdır. Beyləqan rayon Kəbirli kənd M.Fərzəliyev adına 1 nömrəli tam orta məktəbin məzunu blok imtahanından 400 bal toplayıb.

Daha bir şəkili abituriyentimiz isə Amalya Əliyevadır. Buraxılış imtahanından  300, ümumilikdə isə 692.5 bal toplayıb. Şəki şəhər Fizika-riyaziyyat və humanitar təmayüllü liseyin fərqlənmə attestatlı məzunudur. Seçimi isə BANM-in İnformasiya təhlükəsizliyi ixtisasıdır.

Bakı şəhəri Fizika Riyaziyyat və İnformatika təmayüllü liseyin fərqlənmə attestatlı məzunu Əsmər Eyvazlı isə 691,8 bal toplayıb. Əsmər seçimini Ali Məktəbin Kimya mühəndisliyi ixtisasından yana edib. Göyçay şəhəri üzrə ən yüksək nəticəni göstərən (692 bal) Əkrəm Xəlilzadə də BANM-in tələbəsi olacaq. İnformasiya təhlükəsizliyi ixtisasını seçən Əkrəm Göyçay şəhər R.Rza adına 1 saylı tam orta məktəbin fərqlənmə attestatlı məzunudur.

Bundan başqa, qəbul imtahanlarında 688,6 bal toplayan Əli Məmmədlinin də qərarı Ali Məktəbin tələbəsi olmaq, Kimya mühəndisliyi ixtisasında təhsil almaqdır. O, Binəqədi rayonu 283 nömrəli tam orta məktəbin fərqlənmə attestatlı məzunudur.

Eləcə də BANM-in Biznesin idarə edilməsi ixtisasında təhsil almağı arzulayan Zaur Şəkərov 675 bal toplayıb. O, Kəlbəcər rayonu  23 nömrəli tam orta məktəbin fərqlənmə attestatlı məzunudur.