Azərbaycan Xarici İşlər Nazirliyi Livana səfər edən və ya orada olan ölkə vətəndaşları ilə bağlı xəbərdalıq yayıb.
“İki sahil” xəbər verir ki, XİN-in bununla bağlı açıqlamasında deyilir: "Livan Respublikasının yerləşdiyi regionda surətlə dəyişən təhlükəsizlik vəziyyəti nəzərə alınaraq, Azərbaycan Respublikası vətəndaşlarına zəruri olmadığı təqdirdə Livan Respublikasına səfər etməmək, həmin ölkədə yaşayan və ya səfərdə olan vətəndaşlara isə mümkün qədər qısa müddət ərzində oranı tərk etmək tövsiyə olunur.
Eyni zamanda, hazırda Livan Respublikasında olan Azərbaycan Respublikası vətəndaşlarından mühafizə və təhlükəsizlik qaydalarına riayət etmələri, əhalinin sıx toplaşdığı yerlərə getməmələri xahiş olunur".
Azərbaycan Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünün tamhüquqlu iştirakçısı olub
İlham Əliyev: Əminəm ki, Daşkənddəki İslam Sivilizasiyası Mərkəzi İslam dünyası üçün qürur mənbəyinə çevriləcək
Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşünün iclası keçirilib Prezident İlham Əliyev tədbirdə çıxış edib - YENİLƏNİB
Hikmət Hacıyev: Azərbaycan-Mərkəzi Asiya platforması çərçivəsində Zəngəzur dəhlizi əməkdaşlıq üçün yaxşı perspektivlər vəd edir