HƏMAS-ın Siyasi Bürosunun sədri İsmayıl Haniyənin Tehranda öldürülməsindən sonra bölgədə artan gərginlik fonunda İordaniyanın xarici işlər naziri Ayman Safadi baş verənləri dəyərləndirmək üçün İrana səfər edib.
“İki sahil” xəbər verir ki, baş diplomat səfəri çərçivəsində İran xarici işlər nazirinin müavini Əli Bakıri ilə görüşüb.
“Mənim Tehrana səfərim iki ölkə arasındakı mübahisələri açıq və dəqiq şəkildə həll etmək məqsədi daşıyırdı. Beləliklə, bizim qarşılıqlı maraqlarımız təmin olunacaq”, - deyə Safadi deyib
“Mən Tehrana İsraildən İrana və ya əksinə mesaj çatdırmaq üçün gəlməmişəm”, - deyən iordaniyalı nazir “Əl-Cəzirə” telekanalının İranlı bir səlahiyyətliyə istinadən, "Tehran rəhbərliyinin Səfadiyə biri İordaniya rəhbərliyinə, digəri isə ABŞ və İsrailə iki mesaj verəcəyi" ilə bağlı xəbərini təkzib edib.
Onun sözlərinə görə, bölgədə gərginliyin artmasının qarşısını almaq üçün ilk addım İsrailin Qəzzaya hücumlarına son qoymaq olmalıdır.
Məhərrəm Ağalaroğlu, “İki sahil”