05 avqust 2024 01:19
329

Türkiyə XİN-dən Livana səyahət xəbərdarlığı

Türkiyənin Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarına lazım olmadıqca Livana səyahət etməkdən çəkinmələri ilə bağlı xəbərdarlıq edib.

“İki sahil” xəbər verir ki, nazirliyin yaydığı məlumatda qeyd edilib: “Vətəndaşlarımız zəruri olmadıqca Livana səyahət etməkdən çəkinməli, Livandakı vətəndaşlarımıza diqqətli olmağı, zərurət olmadıqca Nabatiye, Cənubi Livan, Bekaa və Baalbek-Hermel əyalətlərinə getməməyi, Livanda qalmağa ehtiyacı olmayanların, mümkünsə, hələ də uçuşlarını davam etdirən kommersiya uçuşlarından istifadə edərək Livanı tərk etmələri tövsiyə olunur”.

Açıqlamada, bölgədəki son hadisələrə görə Livanda təhlükəsizlik vəziyyətinin sürətlə pisləşməsi ehtimalının olduğu bildirilib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”