07 avqust 2024 00:01
341

Banqladeşdə müvəqqəti hökumətə Nobel mükafatı laureatı rəhbərlik edəcək

Nobel Sülh Mükafatı laureatı Məhəmməd Yunus Banqladeşin müvəqqəti hökumətinə rəhbər təyin edilib.

“İki sahil” xəbər verir ki, bu barədə “Dhaka Tribune” qəzeti Banqladeş prezidenti Şahabuddin Çuppanın mətbuat katibi Coynal Abedinə istinadən məlumat yayıb.

O, məlumat verib ki, Yunusun təyin edilməsi ilə bağlı qərar dövlət başçısının “Tələbələr Ayrı-seçkiliyə Qarşı” hərəkatının liderləri ilə çərşənbə axşamı keçirilən görüşündən sonra qəbul edilib. (APA)