07 avqust 2024 10:21
483

İranda həddindən artıq istilərə görə tətil elan edilib

İranın paytaxtı Tehran və Əlborz əyalətlərində həddindən artıq istilərlə əlaqədar bütün dövlət qurumları bir gün müddətinə bağlanarkən, 13 əyalətdə saat 10:00-dan sonra tətilə qərar verilib.

“İki sahil” xəbər verir ki, İran Hökumətinin İnformasiya Şurası tətil qərarının ölkə daxilində davam edən həddindən artıq istilər səbəbindən əhalinin sağlamlığını qorumaq və enerji istehlakını idarə etmək üçün qəbul edildiyini vurğulayıb.

Qərara əsasən, Tehran və Əlborz əyalətində yardım xidmətləri istisna olmaqla, bütün dövlət qurumları və banklar bağlanacaq.

Ölkənin 13 əyalətində bütün dövlət qurumları və banklar 06.00-10.00 saatları arasında xidmət göstərəcək.

İranın cənubunda bəzi bölgələrdə havanın temperaturu 50 dərəcəyə yaxınlaşdığı halda, meteoroloji proqnozlara görə, Tehranda havanın temperaturu 41 dərəcəyə çatacaq.

Məhərrəm Ağalaroğlu, “İki sahil”