SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) təşkil etdiyi “Mühəndislər üçün biznes təhsili” layihəsinin növbəti kursu yekunlaşıb.
BANM-dan “İki sahil”ə verilən məlumata görə, təlimdə Bakı Ali Neft Məktəbi ilə yanaşı, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Bakı Mühəndislik Universitetinin tələbələri də iştirak ediblər.
Fevralda qeydiyyatdan keçmiş 400-ə yaxın namizəd arasından II seçimdə 62 nəfər təlimlərə cəlb olunub.
Məqsəd mühəndislik ixtisası üzrə təhsil alan tələbələrin liderlik və idarəetmə bacarıqlarının inkişaf etdirilməsi və karyera imkanlarının genişləndirilməsidir.
BANM-ın rektoru Elmar Qasımov kursu uğurla başa vuran tələbələrlə görüşüb. Layihənin uğurla tamamlandığını və əldə edilən nəticələrin yüksək olduğunu bildirib. Rektor tələbələri təbrik edib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Sonda təlimləri uğurla bitirən 46 nəfərə Bakı Ali Neft Məktəbinin sertifikatları təqdim edilib.
“SOCAR Türkiyə”nin qrup şirkəti “Petkim”də yeni investisiya mərhələsi başlayıb
SOCAR "TotalEnergies" ilə karbon emissiyalarının azaldılmasında birgə fəaliyyət göstərəcək
SOCAR İtaliya Futbol Federasiyası ilə Strateji Əməkdaşlığa dair Müqavilə imzalayıb
SOCAR İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində müxtəlif şirkətlərlə sənədlər imzalayıb
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib
“Azəriqaz” İB-nin baş direktoru Xankəndidə vətəndaşların müraciətlərini dinləyib