12 avqust 2024 16:44
378

Ukrayna Silahlı Qüvvələri Kurskda kimyəvi silahdan istifadə edib - İDDİA

Kursk vilayətinin qubernatoru vəzifəsini icra edən Aleksey Smirnov Ukrayna hərbçilərinin vilayətin Belovski rayonunda kimyəvi silahdan istifadə etdiyini bildirib.

“İki sahil” xəbər verir ki, bu haqda RT məlumat yayıb.

O, Rusiyanın Ukrayna ilə həmsərhəd bölgələrində vəziyyətlə bağlı keçirilən müşavirədə müvafiq bəyanatla çıxış edib.

O, aydınlaşdırıb ki, Belovski rayonunda elektrik təchizatını bərpa etmək üçün göndərilən “Rosset” briqadası müvafiq hücuma məruz qalıb.

“Briqada atəşə tutuldu və mərmilərdə kimyəvi silah var idi. Polis şöbəsinə sığındıq, hamı sağdır, amma polis əməkdaşları və kənd sovetinin sədri zəhərlənib”, -deyə, Smirnov bildirib.