13 avqust 2024 16:55
563

BANM-in 11 tələbəsi “SOCAR Türkiyə”də təcrübə keçəcək

SOCAR-ın Bakı Ali Neft Məktəbinin 11 tələbəsi “SOCAR Türkiyə”də yay təcrübə proqramında iştirak etmək imkanı qazanıb. Onlar Əbil Şəfiyev, Aytac Əmirov, Nihad Səfərli, Lalə Ələkbərova, Röya Məmmədova, Leyla Həsənova, Malik Süleymanov, Şamil Fərzəlizadə, Aynur Tahirova, Nərmin Nusalova və Aytac Vəliyevadır. Tələbələrin 7-si kimya mühəndisliyi, 4-ü isə proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasında təhsil alır.

BANM-dən "İki sahil"ə bildirilib ki, rektor Elmar Qasımov seçilən tələbələrlə görüşüb, onlara uğurlar arzulayıb. Rektor “SOCAR Downstream” və “SOCAR Türkiyə”nin BANM tələbələrinə daim dəstək göstərdiyini və məzunların işlə təmin olunduğunu vurğulayıb.

Görüşdə “SOCAR Downstream Management” MMC-nin nümayəndələri Ülvi Gülüşov, Nərmin Abdullayeva və Alış Həziyev də iştirak ediblər. Onlar bu təcrübənin tələbələrin peşəkar kadr kimi yetişmələrinə böyük töhfə verəcəyini vurğulayıblar. Eyni zamanda, bu il ən yüksək bal toplayan və BANM-i seçən abituriyentlər tədbirə qatılıblar. BANM tələbələri onlarla öz təcrübələrini bölüşüblər.