Avqustun 9-da Sumqayıt şəhəri, Stansiya Sumqayıt adlanan ərazidə avtomobilin Samur-Abşeron su kanalına düşməsi nəticəsində batdığı ehtimal olunan 1998-ci il təvəllüdlü Əliyev Abusət Fəxrəddin oğlunun axtarışları Fövqəladə Hallar Nazirliyi tərəfindən intensiv şəkildə davam etdirilir.
FHN-dən "İki sahil"ə verilən məlumata görə, hazırda vətəndaşın axtarışları batdığı ehtimal olunan istiqamətlər üzrə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin qüvvələri tərəfindən fasiləsiz olaraq həyata keçirilir.
Əlavə məlumat veriləcək.
Yasamalda yaşayış binasənda baş verən yanğında xəsarət alanların vəziyyəti AÇIQLANDI
Kəmran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Rumıniyada işğüzar səfərdədir