15 avqust 2024 13:05
593

Elmar Qasımov xaricdə təhsil alacaq tələbələrlə görüşüb 

SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov mübadilə proqramı çərçivəsində Ali Məktəbin xaricdə təhsil alacaq 17 tələbəsi ilə onlayn formatda görüş keçirib. 

“İki sahil” xəbər verir ki,  2024/2025-ci tədris ilində BANM-ın Neft-qaz mühəndisliyi ixtisasından 6 tələbə Çexiyanın Ostrava Texniki Universiteti, 1 tələbə Polşanın AGH Elm və Texnologiya Universiteti, 2 tələbə Portuqaliyanın Braqança Politexnik İnstitutu, eləcə də 2 tələbəsi Çin Neft Universitetində təhsil almaq imkanı əldə edib. 

Bundan başqa Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasından 2 tələbə Almaniyanın Şmalkalden Tətbiqi Elmlər Universitetində, habelə Kimya mühəndisliyi ixtisasının 4 tələbəsi Türkiyənin İstanbul Texniki Universitetində təhsilini davam etdirəcək. 

Rektor tələbələrə uğurlar arzulayıb, bu təcrübənin peşəkar kadr kimi yetişmələrinə böyük töhfə verəcəyini deyib.

Qeyd edək ki, payız semesterində 11 tələbəmiz 41.455 avro qrantla Çexiya, Portuqaliya, Polşa və Almaniyada təhsilini davam etdirəcək.