17 avqust 2024 17:00
588

Türkiyədə işçiləri daşıyan traktor aşıb: 13 nəfər xəsarət alıb

Sakaryanın (Türkiyə) Ferizli rayonunda mövsümi əkinçilik işçilərini daşıyan traktor aşıb.

“İki sahil” yerli mətbuata istinadla xəbər verir ki, qoşquda olan 13 nəfər yaralanıb.

Bildirilib ki, hadisə yerinə gələn həkim briqadaları tərəfindən ilkin tibbi yardım alan yaralılara müxtəlif xəstəxanalara çatdırılıb və onlara tibbi yardım göstərilib.

Yaralıların vəziyyəti yaxşıdır.

Qəza ilə əlaqədar istintaq aparılır.

Məhərrəm Ağalaroğlu, “İki sahil”