Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) və Vyetnamın “VietsoVPetro” və “PetroVietnam” şirkətləri arasında əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Bu barədə “İki sahil"ə SOCAR-dan məlumat verilib.
Bildirilib ki, SOCAR-ın vitse-prezidenti Babək Hüseynov Vyetnamın “VietsoVPetro” şirkətinin qazma işləri üzrə baş direktoru Fam Xuan Son və “PetroVietnam” şirkətinin neft və qaz müqavilələrinin idarə edilməsi şöbəsinin rəhbəri Tran Manh Cuong ilə görüşüb.
Görüşdə, bununla yanaşı, təcrübə mübadiləsinin vacibliyi qeyd edilib, qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
SOCAR "TotalEnergies" ilə karbon emissiyalarının azaldılmasında birgə fəaliyyət göstərəcək
SOCAR İtaliya Futbol Federasiyası ilə Strateji Əməkdaşlığa dair Müqavilə imzalayıb
SOCAR İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində müxtəlif şirkətlərlə sənədlər imzalayıb
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib
“Azəriqaz” İB-nin baş direktoru Xankəndidə vətəndaşların müraciətlərini dinləyib
SOCAR ABŞ bankı ilə maliyyə tərəfdaşlığının genişləndirilməsini müzakirə edib