Özbəkistan - Azərbaycan biznes forumunda energetika, təhsil, logistika, tikinti sahələri üzrə işbirliyi, Bakı və Daşkənd arasında əməkdaşlığın genişləndirilməsi, həmçinin, Quba və Cizak, Beyləqan və Şəhrisəbz şəhərləri arasında qardaşlaşma əlaqələrinin qurulması ilə bağlı imzalanmış sənədlərin mübadiləsi olub.
“İki sahil” xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
"Bu sənədlər ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi, çoxşaxəli tərəfdaşlığın möhkəmlənməsi baxımından böyük əhəmiyyət daşıyır".
Qeyd edək ki, Daşkənddə Özbəkistan-Azərbaycan biznes forumu işə başlayıb. Açılış mərasimində Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Özbəkistanın investisiya, sənaye və ticarət naziri Laziz Kudratov iştirak ediblər.
Bu forum iki ölkə arasında iqtisadi əlaqələrin möhkəmlənməsinə, əməkdaşlığın inkişafına, investisiyaların cəlb edilməsinə və birgə layihələrin həyata keçirilməsinə kömək edəcək. Forum ticarət həcminin artırılması, təcrübə mübadiləsi və biznes nümayəndələri arasında yeni tərəfdaşlıq əlaqələrinin qurulması yollarının müzakirəsi platformasına çevriləcək.
Bundan əlavə, biznes forum çərçivəsində “Made in Azerbaijan” sərgisinin də keçirilməsi nəzərdə tutulur.
Meloni İlham Əliyevə SOCAR-ın İtaliyada yanacağın qiymətləri ilə bağlı qərarına görə təşəkkür edib
2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik” mövzusunda panel sessiya keçirilib
İqtisadiyyat naziri “Vista Equity Partners” şirkətinin təsisçisi və sədri ilə görüşüb
Fariz Cəfərov: Azərbaycan süni intellekt (AI) üçün vacib olan enerji resurslarını təmin edən ölkəyə çevrilir
İqtisadiyyat naziri “Global Infrastructure Partners” şirkətinin rəhbəri ilə görüşüb