23 avqust 2024 08:57
351

Belçikada koalisiya danışıqları nəticəsiz qalıb

İyunun 9-da Belçikada keçirilən ümumi seçkilərdən sonra hökuməti qurmaq vəzifəsi verilən Yeni Flaman Alyansının (N-VA) lideri Bart de Vever danışıqlarının nəticəsiz qaldığını bəyan edərək istefa ərizəsini Kral Filipə təqdim edib.

“İki sahil” xəbər verir ki, Belçika Krallığının yaydığı açıqlamada Kralın sabahdan etibarən yeni şəxsi təqdim etmək üçün qiymətləndirməyə başlayacağı və bu məqsədlə N-VA ilə yanaşı, Frankofoniya partiyaları MR və Les Engages, Flamand partiyaları Vooruit və CD&V liderləri ilə görüşlər keçirəcəyi bildirilib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”