Sabunçu rayonunda dənizdə batan vətəndaşın axtarışları fasiləsiz olaraq davam etdirilir.
“İki sahil” xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətindən bildirilib.
Avqustun 20-də 1 nəfərin Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində dənizdə nəzarətsiz ərazidə batması barədə Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat daxil olub və Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb ediliblər. Hazırda batdığı ehtimal olunan 1997-ci il təvəllüdlü Qurbanov Kənan Vaqif oğlunun axtarışları dalğıclar tərəfindən fasiləsiz olaraq davam etdirilir.
Yasamalda yaşayış binasənda baş verən yanğında xəsarət alanların vəziyyəti AÇIQLANDI
Kəmran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Rumıniyada işğüzar səfərdədir