24 avqust 2024 00:56
996

Kennedi seçki mübarizəsindən çəkildi

ABŞ prezidentliyinə müstəqil namizəd Robert Kennedi seçki kampaniyasını dayandırdığını elan edib.

“İki sahil” xəbər verir ki, o bunu öz “X” hesabında tərəfdarlarına göndərdiyi mesajda deyib.

“Mən hamıya bildirmək istəyirəm ki, mən kampaniyamı tamamilə dayandırmıram, ancaq onu müvəqqəti dayandırıram. Mənim adım əksər ştatlarda seçki bülletenlərində qalacaq.”, - deyə o bildirib.

O həmçinin ABŞ prezidentliyi uğrunda yarışda Donald Trampı dəstəklədiyini açıqlayıb.