2022-ci ildə Böyük Britaniyanın baş naziri vəzifəsini icra edən Boris Conson ABŞ prezidenti Co Baydenin əmri ilə Rusiya və Ukrayna arasında danışıqları pozub.
“İki sahil”in məlumatına görə, bunu ABŞ-da seçki yarışına müstəqil namizəd kimi qatılan kiçik Robert Kennedi deyib.
TASS-ın məlumatına görə, genişmiqyaslı hərbi əməliyyat başlandıqdan sonra Rusiya Federasiyası ilə Ukrayna arasında ilk danışıqlar 2022-ci ilin mart ayının əvvəlində Belarusda baş tutsa da, heç bir ciddi nəticə əldə edilməyib. 2022-ci il martın 29-da növbəti mərhələ İstanbulda baş tutub və Moskva Kiyevdən ilk dəfə olaraq kağız üzərində yazılan gələcək mümkün sazişin prinsiplərini aldı. Buraya, digər məsələlərlə yanaşı, Ukraynanın neytral, bloklara qoşulmama statusu və onun ərazisində xarici silahların, o cümlədən nüvə silahlarının yerləşdirilməsindən imtina etməsi ilə bağlı öhdəliklər də daxildir. Lakin danışıqlar prosesi Ukrayna tərəfindən birtərəfli qaydada dayandırılıb.
2023-cü ilin noyabrında Ukrayna Ali Radasındakı Xalqın qulluqçusu partiyasının fraksiyasının rəhbəri David Araxamia “1+1” telekanalına müsahibəsində Kiyevin Moskva ilə danışıqlardan niyə imtina etməsi ilə bağlı suala cavab verib. Onun sözlərinə görə, 2022-ci ildə Ukrayna nümayəndə heyəti İstanbuldan qayıdanda, Kiyevə gedən, o vaxt Böyük Britaniyanın baş naziri olan Boris Conson, “Biz onlarla heç nə imzalamayacağıq”, - deyib. Britaniya hökumətinin başçısı həmçinin sadəcə döyüşməyi təklif etdi.
Rusiya prezidenti Vladimir Putin fevral ayında amerikalı jurnalist Taker Karlsonla müsahibəsində bildirib ki, Rusiya heç vaxt Ukrayna ilə bağlı dialoqdan imtina etməyib, lakin İstanbulda danışıqların dayandırılmasından sonra ilk addımı atmaq niyyətində deyil.
Məhərrəm Ağalaroğlu, “İki sahil”