24 avqust 2024 14:26
499

Kir Starmer Teylor Sviftin konsertinə 4 min funt sterlinqlik pulsuz bilet əldə edib

Britaniyanın Baş naziri Keir Starmer baş nazirlik uğrunda seçki kampaniyasında iştirak edərkən məşhur müğənni Teylor Sviftin konsertinə pulsuz biletlər əldə edib.

“İki sahil” xəbər verir ki, Kir Starmerə iyun ayında Londonun Uembli stadionunda keçirilən konsertə hər biri 1000 funt sterlinq dəyərində olan dörd qonaqpərvərlik bileti hədiyyə edilib.

Qeyd edək ki, Baş nazirə verilən pulsuz biletlərin böyük bir qismi “Arsenal” futbol komandasının oyunlarını izləmək üçün nəzərdə tutulub. Son bir il ərzində ona ümumilikdə 19 min funt sterlinq dəyərində 12 futbol matçına pulsuz bilet təqdim edilib. Ən bahalı hədiyyə edilən biletlər isə keçən ilin oktyabrında keçirilən “Chelsea” və “Arsenal” futbol oyununa aiddir. Hər biri 1200 funt sterlinq dəyərində olan iki bilet həmin matç üçün Starmerə verilib.