26 avqust 2024 01:25
377

Kamala Harrisin seçki kampaniyası 540 milyon dollar toplayıb

ABŞ-da prezident seçkilərinə aylar qaldığı bir vaxtda namizədlər seçki kampaniyalarını davam etdirirlər. ABŞ-ın vitse-prezidenti və Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harrisin seçki kampaniyası iyulun 21-də namizəd olduqdan sonra 540 milyon dollar ianə toplayıb.

“İki sahil” xarici mətbuata istinadla xəbər verir ki, Harrisin seçki kampaniyası meneceri Cen O'Malley Dillon, toplanan 540 milyon dollara Demokratik Partiyanın təşkil etdiyi konqresdə toplanan 82 milyon dolların da daxil edildiyini və bunun Harrisin namizədliyinə şövqün əlaməti olduğunu bildirib.

Dillon qeyd edib ki, bu, bu müddət ərzində istənilən prezident kampaniyası üçün ən yüksək rəqəmdir.

Məhərrəm Ağalaroğlu, “İki sahil”