Bu ilin yanvar-iyun aylarında satış imkanlarını artırmaq və yeni bazarlara çıxışa dəstək məqsədilə İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) bu istiqamətdə təklif etdiyi xidmətlərdən 60-a yaxın mikro, kiçik və orta biznes (KOB) subyekti faydalanıb.
"İki sahil"in KOBİA-ya istinadən verdiyi məlumata görə, Agentliyin təşkilatçılığı və ya dəstəyi ilə keçirilmiş 4 sərgi və yarmarkada 38 KOB subyektinin ödənişsiz olaraq məhsul və xidmətlərini təqdim etməsi üçün xüsusi stend yaradılıb. Bu sərgilər çərçivəsində KOB-lar məhsullarını geniş auditoriyaya təqdim etməklə və yeni əməkdaşlıqlar qurmaqla satış imkanlarını genişləndiriblər. Ölkəmizdə və xaricdə KOBİA-nın dəstəyi və təşkilatçılığı ilə keçirilən ixtisaslaşmış sərgi və yarmarkalarda iştirak edərək məhsul və xidmətlərini tanıtmaq və satış imkanlarını artırmaq istəyən KOB subyektləri müvafiq müraciət formasını doldurmaqla elektron qaydada KOBİA-ya müraciət edə bilərlər. Ətraflı: https://smb.gov.az/az/nav/sergilerde-istiraka-destek
Bu dövrdə ticarət şəbəkələrinə çıxışa dəstək mexanizmindən yararlanmaq üçün Agentliyə KOB subyektlərindən 24 müraciət daxil olub ki, onlardan müvafiq qaydalara uyğun olan 21 sahibkara dəstək göstərilib.
Qeyd edək ki, ticarət şəbəkələrinə çıxışa dəstək mexanizmi üzrə Bakı şəhərində fəaliyyət göstərən ticarət şəbəkələrində 8 satış nöqtəsi yaradılıb.
Meloni İlham Əliyevə SOCAR-ın İtaliyada yanacağın qiymətləri ilə bağlı qərarına görə təşəkkür edib
2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik” mövzusunda panel sessiya keçirilib
İqtisadiyyat naziri “Vista Equity Partners” şirkətinin təsisçisi və sədri ilə görüşüb
Fariz Cəfərov: Azərbaycan süni intellekt (AI) üçün vacib olan enerji resurslarını təmin edən ölkəyə çevrilir
İqtisadiyyat naziri “Global Infrastructure Partners” şirkətinin rəhbəri ilə görüşüb