Xalq artisti Tünzalə Ağayeva yeni duetini təqdim edib.
“İki sahil” xəbər verir ki, pop ulduz bu dəfə gənc müğənni, “Avroviziya” iştirakçısı, “The Voice” səs yarışmasının qalibi Nadir Rüstəmli ilə bir araya gəlib. Estrada ulduzları 2013-cü ildə çıxan “Xoş gəldin” mahnısına yeni nəfəs veriblər. Onların duetləri böyük maraqla qarşılanıb.
Xalq artisti yaranan duetlə bağlı təəssüratlarını bölüşüb: “Nadir Rüstəmli böyük səs diapazonuna malikdir. Bu mahnının öhdəsindən özünəməxsusluqla, məharətlə gəldi. Mən çox bəyəndim duetimizi və inanıram ki, mahnımın duet versiyası da çox seviləcək”.
Qeyd edək ki, sözügedən duet Heydər Əliyev Mərkəzinin parkında gerçəkləşən “Yay festivalı” adlı bağlanış konsertində səsləndirilib.
Türkiyənin İğdır şəhərində “Xarıbülbül” sərgi-yarmarkalarının davam etdirilməsi təklif olunub
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub
Tünzalə Ağayeva ilə bağlı diqqətçəkən görüntülər – kameralar qarşısında nə baş verdi?