Amerikalı ulduz Meray Kerri anası Patrisiya və bacısı Alisonun eyni gün dünyasını dəyişdiyini açıqlayıb.
“İki sahil” xəbər verir ki, bu haqda ifaçı "People" açıqlamasında deyib. O bildirib ki, anasından bir neçə saat sonra bacısı da dünyasını dəyişib.
"Keçən həftə sonu anamı itirdiyim üçün ürəyim parçalandı. Təəssüf ki, faciəvi şərait nəticəsində bacım elə həmin gün dünyasını dəyişdi" deyə, Meray söyləyib.
Müğənni başqa təfərrüatları açıqlamayıb, lakin qeyd edib ki, sənətçinin həyatıboyu anası ilə yaxşı münasibətdə olmamasına baxmayaraq, 87 yaşlı Patrisiyanın son dəqiqələrini onun yanında keçirə bilib.
Türkiyənin İğdır şəhərində “Xarıbülbül” sərgi-yarmarkalarının davam etdirilməsi təklif olunub
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub
Tünzalə Ağayeva ilə bağlı diqqətçəkən görüntülər – kameralar qarşısında nə baş verdi?