Ən yaşlı qadın seçici 1890-cı il təvəllüdlü Əzizova Tamam Əli qızıdır. Onun 134 yaşı var. 78 saylı Lənkəran kənd seçki dairəsinin 38 saylı məntəqəsində qeydiyyatdadır.
“İki sahil” xəbər verir ki, bu barədə növbədənkənar parlament seçkiləri ilə əlaqədar keçirilən mətbuat konfransında Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.
O bildirib ki, Azərbaycanda ən yaşlı kişi seçicinin isə 109 yaşı var. 1915-ci il təvəllüdlü Hilal İsa oğlu İbrahimov 29 saylı Sabunçu dördüncü seçki dairəsində seçici siyahısındadır.
Dövlət Suverenliyi Günü Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin simvoludur
Yaşar Gülər: Onların yazdığı qəhrəmanlıq dastanları bu günümüzün dayağı, sabahımızın isə yol göstəricisidir