“Biz Aİ (Avropa İttifaqı – red.) ilə Şanxay (Şanxay Əməkdaşlıq Təşkilatı – red.) arasında seçim etmirik. Seçim etmək məcburiyyətində deyilik. Türkiyə münasibətlərini qazan-qazan prinsipi üzərində qurur”.
“İki sahil”in məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Milli Müdafiə Universiteti Dəniz Akademiyasının Diplomlarının Qəbul və Bayraq Təqdimetmə Mərasimində çıxışı zamanı deyib.
“MİLGEM layihəmizlə dünyanın qabaqcıl ölkələri arasında olacağıq. Təyyarə gəmimizlə bağlı təmaslarımız davam edir”, deyən dövlət başçısı əlavə edib ki, hava hücumundan müdafiə sistemlərində özlərini daim təkmilləşdirirlər: “Biz hava hücumundan müdafiə sistemlərində özümüzü daim təkmilləşdiririk. Hər gün yeni bir həddi keçirik. Hər kəsin dənizi onun üfüqü qədər genişdir. Bəzi insanlar Mavi Vətənə nağıl kimi baxa bilər. Bəziləri Türkiyəni macəra axtarışında ittiham edə bilər, hətta Türkiyənin Liviyada, Asiya və Afrikada nə işi var deyənlər də ola bilər. Türkiyənin baxışından narahat olanlar ola bilər. Biz onlara qulaq asmayacağıq. Türkiyənin xarici siyasətinə Ankara əvəzinə kənardan baxanların şərhlərinə əhəmiyyət verməyəcəyik. Qonşularımız İraq, İran, Suriya və Fələstinlə rəftar etməyimizi istəməyənlər, pis niyyətləri olmadıqca cahildirlər. Şərqlə əlaqələrimizi gücləndirməklə yanaşı, qərblə köklü əməkdaşlığımızı inkişaf etdirmək yollarını axtaracağıq. Türkiyə Şərq və Qərblə əlaqələrini eyni vaxtda inkişaf etdirsə, nüfuzlu ölkəyə çevrilə bilər. Bundan başqa hər şey Türkiyəni tənlikdən çıxaracaq”.
Məhərrəm Ağalaroğlu, “İki sahil”
Ukrayna məsələsi ilə bağlı Cenevrə görüşündə ABŞ-ın sülh planına dəyişikliklər edilib
Zelenski Cenevrədə ABŞ və Avropa tərəfdaşları ilə danışıqlar barədə məlumat verib