01 sentyabr 2024 10:58
327

Seçkilərdə gənclər yüksək fəallıq nümayiş etdirir - Dmitri Kobitski

Azərbaycanda parlament seçkilərində gənclərin yüksək aktivliyi müşahidə olunur.

“İki sahil” xəbər verir ki, bu barədə Müstəqil Dövlətlər Birliyinin (MDB) Parlament Assambleyasının (MPA) Baş katibi Dmitri Kobitski bəyan edib.

"Partiyalarla, onların qərargahları ilə və fərdi namizədlərlə ünsiyyət qurarkən görürük ki, çox sayda gənc partiya siyahılarında yer alır. Gənclərin aktivliyini seçki məntəqələrində də müşahidə edirik. Azərbaycan gəncləri siyasətlə maraqlanır. Bunu fevral ayındakı seçkilərdə də gördük. Sizdə çox aktiv gənclər var", - o bildirib.