Bu ilk dəfə olaraq bütün Azərbaycan torpaqlarında, o cümlədən işğaldan azad olunmuş Qarabağda parlament seçkiləri keçirilir.
“İki sahil” xəbər verir ki, bunu növbədənkənar parlament seçkilərində 7 saylı Səbail seçki dairəsinin 2 saylı məntəqəsində səs verən baş nazir Əli Əsədov jurnalistlərə açıqlamasında deyib. O bunu tarixi hadisə kimi qiymətləndirib.
Baş nazir, həmçinin namizədlərə uğurlar arzulayıb:" Dövlətin idarə olunmasında parlamentin xüsusi rolu var. Layiqli, xalqın etimadını qazanan namizədlərin seçiləcəyinə ümid edirəm".
Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü ilə bağlı paylaşım edilib
Prezident İlham Əliyevin Qırğızıstana səfəri Türkiyə və Şimali Kipr Türk Cümhuriyyəti mediasının diqqət mərkəzindədir