Sumqayıt şəhərində səsvermə prosesi seçici fəallığı şəraitində keçirilir.
“İki sahil” xəbər verir ki, Sumqayıt şəhərində seçicilər 6 seçki dairəsi üzrə 210 seçki məntəqəsində səs verirlər.
Məlumata əsasən, şəhərdə ümumi seçicilərin sayı 273 min 698 nəfərdir. Onlardan 2 499-u ilk dəfə səs verir. Seçicilərdən birinin yaşı 100-dən çoxdur.
Qeyd edək ki, növbədənkənar parlament seçkiləri ölkə üzrə 125 seçki dairəsinin ərazisində formalaşdırılmış 6 min 478 seçki məntəqəsində keçirilir. Onlardan 54-ü işğaldan azad edilmiş ərazilərdə formalaşdırılıb. Seçki məntəqələri saat 8:00-da açılıb. Səsvermə 19:00-a qədər davam edəcək.
Parlament seçkilərində 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparır. Azərbaycanda seçicilərin ümumi sayı 6 milyon 421 min 960 nəfərdir.
Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü ilə bağlı paylaşım edilib
Prezident İlham Əliyevin Qırğızıstana səfəri Türkiyə və Şimali Kipr Türk Cümhuriyyəti mediasının diqqət mərkəzindədir