Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilərdə seçici fəallığının saat 10.00-a olan göstəricisi açıqlanıb.
“İki sahil” xəbər verir ki, muxtar respublika üzrə saat 10:00-a qədər 31 min 157 nəfər səs verib, seçici fəallığı isə 10,81 faiz olub
Naxçıvan Muxtar Respublikası Ali Məclis seçkilərinə saat 08:00-da start verilib. Səsvermə saat 19:00-da başa çatacaq. Bundan əlavə, səsvermənin gedişi və nəticələri barədə saat 12:00, 15:00, 17:00 və 19:00-da ilkin məlumatlar veriləcək.
Qeyd olunub ki, muxtar respublika üzrə seçicilərin ümumi sayı 288 min 356 nəfərdir.
Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü ilə bağlı paylaşım edilib
Prezident İlham Əliyevin Qırğızıstana səfəri Türkiyə və Şimali Kipr Türk Cümhuriyyəti mediasının diqqət mərkəzindədir