Azərbaycanda seçki prosesi Böyük Britaniyada və ümumiyyətlə, hər hansı digər ölkədə müşahidə olunan seçkilərdən çox da fərqlənmir.
“İki sahil” xəbər verir ki, bunu Böyük Britaniya parlamentinin seçkiləri müşahidə edən Lordlar Palatasının üzvü Lord Kurban Hüseyn Şuşada jurnalistlərə açıqlamasında deyib.
“İlk növbədə onu qeyd edim ki, mən Britaniya parlamentində Azərbaycan üzrə parlament qrupunun üzvü olduğum üçün buradayam”, - o bildirib.
K.Hüseyn vurğulayıb ki, seçkiləri müşahidə etmək üçün buraya dəvət edilib.
Lordun sözlərinə görə, heç kim seçiciyə nə edəcəyini, kimə səs verəcəyini demir: “Bu proses ölkəmizdə tətbiq etdiyimizə bənzəyir. Məni təəccübləndirəcək heç nə görmədim. Şadam ki, mənə bu seçkiləri müşahidə etmək imkanı verilib”.
Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü ilə bağlı paylaşım edilib
Prezident İlham Əliyevin Qırğızıstana səfəri Türkiyə və Şimali Kipr Türk Cümhuriyyəti mediasının diqqət mərkəzindədir