Azərbaycanda növbədənkənar parlament seçkilərində səsvermə yeni başlayıb və onun nəticələri ilə bağlı hər hansı nəticə çıxarmaq hələ tezdir.
“İki sahil” xəbər verir ki, bunu ATƏT-in Demokratik Təsisat və İnsan Haqları Bürosunun Seçki müşahidə missiyasının rəhbəri Ditmir Buşati bildirib.
Bununla belə, müşahidə missiyasının rəhbəri qeyd edib ki, ATƏT nümayəndələri seçkilərin bütün aspektlərini nəzərə almaq üçün artıq siyasi partiyalarla tanış olublar:“ Ölkədə olduğumuz müddətdə hökumət rəsmiləri, hökumət üzvləri, müxalifət nümayəndələri ilə görüşmək imkanımız oldu. Siyasi partiyalar və media nümayəndələri, eləcə də vətəndaş cəmiyyəti fəalları ilə ölkədəki siyasi hadisələrin dəqiq mənzərəsi ilə tanş olmaq üçün görüşlər keçirdik”.
Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü ilə bağlı paylaşım edilib
Prezident İlham Əliyevin Qırğızıstana səfəri Türkiyə və Şimali Kipr Türk Cümhuriyyəti mediasının diqqət mərkəzindədir