01 sentyabr 2024 13:38
393

Seçki ilə bağlı hər şey çox yaxşı təşkil edilib

Biz bu gün səhər saatlarından müxtəlif məntəqələrdə müşahidəçilik etdik və şahidi olduq ki, hər şey çox yaxşı təşkil edilib.

“İki sahil” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Kamboca Milli Assambleyasının üzvü Sos Mauzin deyib.

O bildirib ki, parlament seçkilərində təşkilatçılıq yüksək səviyyədədir: “Bir çox yerli və xarici müşahidəçilərlə görüşmüşük. İnsanlar bir-bir gəlib öz hüquqlarından istifadə edir, istədikləri, dəstəklədikləri partiyaya, namizədlərə səs verirlər. Bu, demokratiyanın bariz nümunəsidir".