01 sentyabr 2024 14:14
318

Xankəndidəki seçki məntəqəsinin sədri: Seçki tam şəffaf şəraitdə davam edir

Xankəndi şəhər 122 saylı Seçki Dairəsinin 14 saylı Seçki Məntəqəsinin sədri İmran Mirzəyev seçkilərin tam şəffaf şəraitdə davam etdiyini bildirib.

Məntəqə sədri qeyd edib ki, hazırda seçicilər yüksək fəallıqla səsvermə prosesində iştirak edirlər.

"Səsvermədə əsasən Xankəndidə çalışan və müxtəlif işlərlə bağlı şəhərimizə ezam olunmuş vətəndaşlar iştirak edirlər. Məntəqədə seçki prosesini izləyən yerli və xarici müşahidəçilər üçün yüksək şərait yaradılıb və bu saata qədər hansısa bir qanun pozuntusu qeydə alınmayıb", - deyə o bildirib.

"Report"