Azərbaycanda parlament seçkiləri səliqəli və şəffaf keçirilir.
“İki sahil” “Anadolu”ya istinadən xəbər verir ki, bunu Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərində müşahidəçi kimi iştirak edən Türkiyənin Yüksək Seçki Şurasının (YSK) sədri Ahmet Yener deyib.
O bildirib ki, Azərbaycan xalqı qutulara sahib çıxdığını göstərir: “Bu gün Azərbaycan demokratiyası və tarixi üçün önəmli gündür. 44 günlük İkinci Qarabağ müharibəsindən sonra ölkədə ilk dəfə parlament seçkiləri keçirilir”.
YSK sədri seçkilərin Azərbaycan xalqı və Türk dünyası üçün xeyirli olmasını arzulayıb: “Fəallıq səviyyəsi kifayət qədər yaxşıdır. Bunu görmək sevindiricidir. Məntəqə işçiləri ilə söhbətlərimizdən məlum oldu ki, onlar seçkilərdən əvvəl təlim keçiblər. Həmçinin, təlimatların kitabça halında birləşdiyini gördük. Mühit çox yaxşıdır”.
Prezident İlham Əliyevin Qırğızıstana səfəri Türkiyə və Şimali Kipr Türk Cümhuriyyəti mediasının diqqət mərkəzindədir
Qırğızıstan mediası Prezident İlham Əliyevin bu ölkəyə dövlət səfərini geniş işıqlandırıb