Lənkəran sakinləri yüksək vətəndaşlıq mövqeyi nümayiş etdirərək, Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə fəallıq göstərirlər.
“İki sahil” xəbər verir ki, şəhər sakinləri səhər saat 08:00-dan etibarən mütəşəkkil şəkildə məntəqələrə gəlir, istədikləri namizədə səs verirlər.
77 saylı Lənkəran şəhər seçki dairəsinin dairə seçki komissiyasının sədri İqbal Rəcəbov bildirib ki, 41 məntəqə üzrə 47 min 815 seçici qeydə alınıb. Məntəqələrdə səsvermənin Seçki Məcəlləsinə uyğun, azad və demokratik keçirilməsi üçün lazımi şərait yaradılıb, 10 məntəqədə “exit-poll” təşkil olunub.
Səsvermə prosesi yerli və beynəlxalq müşahidəçilərin nəzarəti ilə seçki qanunlarına uyğun, heç bir pozuntuya yol verilmədən davam edir. Hazırda səsvermənin gedişini 754 nəfər yerli müşahidəçi izləyir.
Prezident İlham Əliyevin Qırğızıstana səfəri Türkiyə və Şimali Kipr Türk Cümhuriyyəti mediasının diqqət mərkəzindədir
Qırğızıstan mediası Prezident İlham Əliyevin bu ölkəyə dövlət səfərini geniş işıqlandırıb