Biz əvvəlcə Bakıdakı seçki məntəqələrinin açılışlarında iştirak etdik. Sonra Qobustana gəldik. Hazırda isə Şamaxıda seçkiləri müşahidə edirik.
“İki sahil” xəbər verir ki, bunu Şamaxıda Milli Məclisə seçkilərin gedişini izləyən TÜRKPA-nın müşahidəçilər qrupunun tərkibində olan Qazaxıstan parlamentinin deputatı Mukaş İskandirov deyib.
“Əvvəla, mən bütün Azərbaycan xalqını təbrik edirəm. İnanıram ki, bu seçkilər uğurla keçəcək. Seçkilərin Azərbaycan xalqı üçün xeyirli olacağına ümid edirəm. Bütün namizədlərə uğurlar arzulayıram”, - deyə qazaxıstanlı parlamentari vurğulayıb.
Prezident İlham Əliyevin Qırğızıstana səfəri Türkiyə və Şimali Kipr Türk Cümhuriyyəti mediasının diqqət mərkəzindədir
Qırğızıstan mediası Prezident İlham Əliyevin bu ölkəyə dövlət səfərini geniş işıqlandırıb