İndiyədək seçki prosesinə maneə yaradan heç bir halla qarşılaşmamışıq və ümid edirik ki, günün sonuna qədər belə davam edəcək”.
“İki sahil” xəbər verir ki, bu sözləri ABŞ-ın “ORACLE ADVISORY GROUP” təşkilatının nümayəndəsi Vlada Qalan deyib.
Azərbaycana və Bakıya təkrar səfər etməkdən çox məmnun olduqlarını vurğulayan xanım Qalan bildirib: “Biz artıq 7-ci dəfədir burada seçkiləri müşahidə edirik. Daha əvvəllər hətta referendum seçkilərində belə iştirak etmişik.
Bizim komandamız Azərbaycanda 2013-cü ildən bəri çalışır. Bu il komandamız artıq bir aydır ki, “exit-poll”un təşkili məsələləri ilə məşğul olub. Bu seçkilərlə əlaqədar 875 məntəqədə “exit-poll” aparmışıq və 21 mindən çox respondentin fikirlərini almışıq. Hər məntəqədə iki əməkdaşımız var. Bu günün sonunadək müsahiblərimizin sayını 63 minə çatdırmağı düşünürük”.
Prezident İlham Əliyevin Qırğızıstana səfəri Türkiyə və Şimali Kipr Türk Cümhuriyyəti mediasının diqqət mərkəzindədir
Qırğızıstan mediası Prezident İlham Əliyevin bu ölkəyə dövlət səfərini geniş işıqlandırıb