Sentyabrın 1-də saat 19:00-da Milli Məclisə seçkilərdə səsvermə başa çatıb. Seçki məntəqələri bağlanıb və səslərin sayılmasına başlanılıb.
“İki sahil” xəbər verir ki, seçkilər 125 seçki dairəsi üzrə 6478 məntəqədə keçirilib. Səsvermənin şəffaflığını təmin etmək üçün 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.
Qeyd edək ki, parlament seçkilərində deputat mandatı uğrunda 990 namizəd mübarizə aparıb.
Prezident İlham Əliyevin Qırğızıstana səfəri Türkiyə və Şimali Kipr Türk Cümhuriyyəti mediasının diqqət mərkəzindədir
Qırğızıstan mediası Prezident İlham Əliyevin bu ölkəyə dövlət səfərini geniş işıqlandırıb