"Oracle Advisory Group" Qarabağda da seçki prosesini izləyib. Prezident seçkilərində olduğu kimi, bu seçkilərdə də respondentlərin arasında “exit-poll”da iştirak etmək istəyi çox yüksək idi.
“İki sahil” xəbər verir ki, bu sözləri növbədənkənar parlament seçkilərinin ilkin yekunları ilə bağlı sentyabrın 1-də keçirilən mətbuat konfransında “exit-poll” keçirən və Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ilə birgə fəaliyyət göstərən ABŞ-ın "Oracle Advisory Group" şirkətinin nümayəndəsi George Birnbaum deyib.
Onun sözlərinə görə, seçicilər onlara ünvanlanan sualları məmnunluqla cavablandırıblar.
Qeyd edək ki, parlament seçkiləri 125 seçki dairəsi üzrə 6478 məntəqədə keçirilib. Parlament seçkilərində 990 namizəd mübarizə aparıb.
Prezident İlham Əliyevin Qırğızıstana səfəri Türkiyə və Şimali Kipr Türk Cümhuriyyəti mediasının diqqət mərkəzindədir
Qırğızıstan mediası Prezident İlham Əliyevin bu ölkəyə dövlət səfərini geniş işıqlandırıb