Biz Bakıda 10 seçki məntəqəsində müşahidə apardıq. Bütün seçki məntəqələrində şəffaf və təzyiqsiz şəkildə səsvermə keçdi. Hər kəs öz namizədinə rahatlıqla səs verə bilirdi.
“İki sahil” xəbər verir ki, bu sözləri Ukrayna parlamentinin altı üzvünün iştirakı ilə keçirilən mətbuat konfransında parlamentin üzvü Volodimir Kreidenko deyib.
“Bizim üçün əsas məsələ hər şeyin beynəlxalq hüquq çərçivəsində reallaşması idi. Biz namizədləri qiymətləndirə bilmərik, önəmli olan seçilən deputatlarla gələcək əməkdaşlığımızdır. Ümid edirik ki, yeni parlament üzvləri ilə əlaqələrimiz yüksək səviyyədə davam edəcək”, - deyə o əlavə edib.
Prezident İlham Əliyevin Qırğızıstana səfəri Türkiyə və Şimali Kipr Türk Cümhuriyyəti mediasının diqqət mərkəzindədir
Qırğızıstan mediası Prezident İlham Əliyevin bu ölkəyə dövlət səfərini geniş işıqlandırıb