Yeni dövrün əsas təzahürlərindən biri hesab olunan növbədənkənar parlament seçkiləri tam olaraq şəffaf və açıq rəqabət şəraitində keçirilib.
“İki sahil” xəbər verir ki, bu barədə Böyük Azərbaycan Partiyasının bəyanatında deyilir.
“Altı üzvü ilə seçki marafonunda təmsil olunmuş BAP öz sədri Elşad Musayevin Milli Məclisin üzvü seçilməsinə müvəffəq olub. Ümumilikdə dörd min beş yüzə yaxın müşahidəçisi olan BAP bəyan edir ki, seçkilərin legitimlik dərəcəsinə və aşkarlıq şəraitində keçirilməsinə dair xələl gətirə biləcək heç bir ciddi hal yaşanmayıb”, - bəyanatda deyilir.
Prezident İlham Əliyevin Qırğızıstana səfəri Türkiyə və Şimali Kipr Türk Cümhuriyyəti mediasının diqqət mərkəzindədir
Qırğızıstan mediası Prezident İlham Əliyevin bu ölkəyə dövlət səfərini geniş işıqlandırıb