Yaponiya Azərbaycanın Bakı Qlobal İqlim Şəffaflığı Platformasını dəstəkləyir.
“İki sahil” xəbər verir ki, bunu Yaponiyanın ətraf mühit nazirinin müavini Yutaka Matsuzava “İqlim şəffaflığı sahəsində Yüksək səviyyəli dialoq”da deyib.
Onun sözlərinə görə, Yaponiya hər bir ölkəyə şəffaflığın artırılması istiqamətində dəstəyini davam etdirəcək: "Bu işləri BMT çərçivəsində həyata keçiriləcək və ən yaxşı təcrübələrimizi bölüşəcəyik. Ümumiyyətlə, iqlim dəyişikliyi ilə bağlı şəffaflıqla hərəkət etmək lazımdır. Yaponiya iqlim dəyişikliyi ilə bağlı gələn il üçün hədəflərinin müəyyənləşməsində şəfafaflıqdan yararlanacaq".
Prezident İlham Əliyevin Qırğızıstana səfəri Türkiyə və Şimali Kipr Türk Cümhuriyyəti mediasının diqqət mərkəzindədir
Qırğızıstan mediası Prezident İlham Əliyevin bu ölkəyə dövlət səfərini geniş işıqlandırıb