Seçkilərdə saxtakarlıq, korrupsiya beynəlxalq ictimaiyyətə çağırışı da çətinləşdirib. Qəmər xalqı azad seçkilər tələb edir.
“İki sahil” xəbər verir ki, bunu Üçüncü Yol Kollektivinin (C3V) Vətəndaş Cəmiyyətinin üzvü Tourqui Nadia Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən "Qəmər Adaları İttifaqının Mayot adasının Fransa tərəfindən qeyri-qanuni işğalı" adlı konfransda “Qəmər adalarında Fransanın müstəmləkəçilik tarixinə baxış” mövzusunda çıxış edərkən deyib.
“Bu gün biz sərhədlərin toxunulmazlığı prinsipindən danışmalıyıq. Qəmər xalqı azad seçkilər tələb edir. Onlar bu gün fərqli statusla üzləşiblər. Mayot müstəmləkəyə çevrilib. Qəmər adasında müstəqillik tərəfdarlarını qovub, təhdid ediblər. Seçkilərdə saxtakarlıq, korrupsiya bu gün beynəlxalq ictimaiyyətə çağırışı da çətinləşdirib. Elit təbəqəyə qarşı sanksiyalar tətbiq olunur, ziyalı insanlar fikirlərini səsləndirə bilmirlər”, - o qeyd edib.
T.Nadia vurğulayıb ki, xalqın 80 faizi yoxsulluqla üzləşib:
“Onlar qida tapmaqda çətinlik çəkirlər. Korrupsiya yoxsulluğun genişlənməsinə səbəb olur. İş yerlərinin sayı daha da azalıb. Qida, səhiyyə, elektrik enerjisi baxımından böyük çətinliklər var. Həssas xalqın vəziyyəti çox pisləşib”.