03 sentyabr 2024 18:01
1066

İƏT Baş katibi Azərbaycanı parlament seçkilərinin uğurla keçirilməsi münasibətilə təbrik edib

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Hissein Brahim Taha Azərbaycanı növbədənkənar parlament seçkilərinin uğurla keçirilməsi münasibətilə təbrik edib.

“İki sahil” xəbər verir ki, bu barədə təşkilatın sosial şəbəkədəki rəsmi səhifəsində paylaşım edilib.

Təbrikdə qeyd olunub ki, 2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikasında keçirilmiş növbədənkənar parlament seçkilərini izləmək üçün İƏT Baş Katibliyi Azərbaycan hökumətinin dəvəti ilə səlahiyyətli müşahidəçilərdən ibarət nümayəndə heyətini ölkəyə göndərib. Baş katib parlament seçkilərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində də keçirildiyini vurğulayıb.

Baş katib bildirib ki, təşkilatın nümayəndə heyəti seçkilərə hazırlığı, səsvermə prosesini və səslərin hesablanması mərhələsini müşahidə edib. Bundan əlavə, İƏT missiyası Azərbaycan Respublikasının seçki orqanları ilə görüşlər keçirib, bununla yanaşı, səsvermə prosesi ilə bağlı brifinq təşkil edib: “İƏT-in nümayəndə heyəti monitorinq funksiyalarını yekunlaşdıraraq seçki prosesinin şəffaf, azad və mütəşəkkil, yüksək seçici fəallığı ilə keçdiyini qeyd edib”.