Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Binəqədi rayonu ərazisində doqquzmərtəbəli yaşayış binasında 1, Abşeron rayonunun Xırdalan şəhəri ərazisində doqquzmərtəbəli yaşayış binasında 4 nəfərin liftdə, habelə Nəsimi rayonunda 1 nəfərin barmağında dəmir halqanın sıxışması səbəbindən köməksiz vəziyyətdə qalması barədə məlumatlar daxil olub.
FHN-nin mətbuat xidmətindən "İki sahil"ə bildirilib ki, məlumatlarla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri dərhal çağırış üzrə cəlb olunublar.
Xilasedicilər tərəfindən həyata keçirilən xilasetmə tədbirləri nəticəsində liftlərdə qalmış 6 nəfər vətəndaş xilas edilib.
Habelə, xilasedicilər tərəfindən həkim briqadasının iştirakı ilə köməyə ehtiyacı olan şəxsin barmağından dəmir halqanın müvafiq qaydada çıxarılması təmin edilib.
Prokurorluq əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələr verilib - SƏRƏNCAM
Xiyabani küçəsi ilə Xarici Dairəvi yolun kəsişməsindəki hərəkət sxemi əsaslı şəkildə dəyişdiriləcək
Vəkillər Kollegiyasının sədri Polşada vəkillik peşəsinin müstəqilliyinin təminatları barədə çıxış edib
Yasamal və Nizami rayonlarında elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq