05 sentyabr 2024 16:29
509

Azərbaycan dövlət başçısının İtaliya Prezidenti ilə birgə işçi naharı olub - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sentyabrın 5-də İtaliya Respublikasının Prezidenti Sercio Mattarella ilə birgə işçi naharı olub.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sentyabrın 5-də İtaliya Respublikasının Prezidenti Sercio Mattarella ilə birgə işçi naharı başlayıb.

“İki sahil” xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

Romanın “Quirinale” Sarayında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

İtaliya Prezidenti Sercio Mattarella dövlətimizin başçısını qarşıladı.

Azərbaycan nümayəndə heyəti İtaliya Prezidentinə, İtaliya nümayəndə heyəti isə Azərbaycan Prezidentinə təqdim edildi.

Sonra birgə foto çəkdirildi.