Uzun illərdir ki, Azərbaycan və İtaliya strateji tərəfdaş olaraq fəaliyyət göstərir və müvafiq bəyannamə 10 il bundan qabaq qəbul edilmişdir. Bizim əlaqələrimiz bütün sahələri əhatə edir, müntəzəm siyasi təmaslarımız var.
“İki sahil” xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxışı zamanı söyləyib.
Bu səfərin 2020-ci ildən bəri onun İtaliyaya üçüncü səfəri olduğunu və 2018-ci ildə Prezident Mattarellanın Azərbaycanda səfərini xatırladan dövlət başçısı qeyd edib: “Bizim yüksək səviyyəli təmaslarımız onu nümayiş etdirir ki, biz çox yaxın tərəfdaşlarıq”.
Prezident İlham Əliyevin Qırğızıstana səfəri Türkiyə və Şimali Kipr Türk Cümhuriyyəti mediasının diqqət mərkəzindədir
Qırğızıstan mediası Prezident İlham Əliyevin bu ölkəyə dövlət səfərini geniş işıqlandırıb
Pan-Afrika Parlamentinin prezidenti: Azərbaycan Afrika ölkələri üçün etibarlı tərəfdaşdır