08 sentyabr 2024 22:32
519

Əbdülməcid Tebbun yenidən Əlcəzairdə prezident seçilib

Əlcəzair Seçki Şurası hazırkı prezident Əbdülməcid Tebbunun prezident seçkilərində 94,65 faiz səs toplayaraq yenidən prezident seçildiyini açıqlayıb.

“İki sahil” xəbər verir ki, bu barədə Əlcəzairin Müstəqil Milli Seçki Administrasiyasının sədri Məhəmməd Şerefi mətbuat konfransında məlumat verib.

Şerefi, Əlcəzairdə İslam yönümlü Sülh Cəmiyyəti Hərəkatının (MSP) namizədi Əbdüləli Həsəni Şərifin 3,17, Sosialist Qüvvələr Hərəkatının (FFS) baş katibi Yusuf Uşuşinin isə 2,16 səs toplayıb.

Şerefinin sözlərinə görə, seçkilərə seçici aktivliyi 48 faiz olub.

Məhərrəm Ağalaroğlu, “İki sahil”