Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev Tatarıstan Prezidenti Rüstəm Minnixanovla görüşü zamanı əməkdaşlıq məsələlərini müzakirə edib.
“İki sahil” bu barədə Rusiya Federasiyası Tatarıstan Respublikasının Prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir.
Məlumata görə, Tatarıstan Prezidenti Rüstəm Minnixanov ölkəyə səfərinə görə ona təşəkkürünü bildirib: “Bu, bizim üçün işgüzar əlaqələrin davam etdirilməsi və Rusiya-Azərbaycan münasibətlərinin gələcək inkişafı çərçivəsində vacibdir”.
Tatarıstan Prezidenti onu da qeyd edib ki, Azərbaycana işgüzar səfəri zamanı Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarının inkişaf tempinə heyran qalıb.
"Tərəflər birgə layihələri və digər aktual mövzuları müzakirə ediblər", - məlumatda vurğulanıb.
İqtisadiyyat naziri “Vista Equity Partners” şirkətinin təsisçisi və sədri ilə görüşüb
Fariz Cəfərov: Azərbaycan süni intellekt (AI) üçün vacib olan enerji resurslarını təmin edən ölkəyə çevrilir
İqtisadiyyat naziri “Global Infrastructure Partners” şirkətinin rəhbəri ilə görüşüb